Ayasofyada çılpaq şəkil çəkdirən belçikalı model Marisa Papen həbs edilib.  

Unikal.org xəbər verir ki, 2018-ci ildə Ayasofyada və  Kapadokyada türk bayrağına bürünərək çılpaq pozalar verən modelə qarşı İstanbul Baş prokuroru tərəfindən başladılan istintaq işləri yekunlaşıb. 

Belə ki, Baş Prokurorluğun hazırladığı iddianamə aktında Papenin "dövlətin suverenliyinin əlamətlərini təhqir etdiyinə"  və "ədəbsizliyə" görə  7 il həbs cəzası verilib.  

Hazırlanan iddianamə İstanbul Asliye Cəza Məhkəməsi tərəfindən qəbul edilib. 

Baş prokuror tərəfindən aparılan istintaq daxilində, Papenin, Qüds və Misirdəki  ədəbsiz fotolarına görə  saxlanıldığını və cərimə  cəzası ilə sərbəst buraxıldığı da qeyd olunub.