ABŞ Müdafiə Nazirliyi BƏƏ-nin Liviyadakı  rus muzdlularına dəstək verdiyini açıqlayıb.

Unikal.org xəbər verir ki, "Foreign Policy" nəşri bu barədə hesabat dərc edib. Materialda qeyd olunur ki, BƏƏ hakimiyyəti Liviyada Xəlifə Həftərin tərəfində vuruşan Rusiyanın muzdlu Vaqner qruplaşmasını maliyyələşdirir və digər formalarda dəstək verir.

Bunun BƏƏ-ABŞ münasibətlərinə mənfi təsir edəcəyi vurğulanıb.