Türkiyənin Şərqi Anadolu bölgəsində ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Van, Bitlis, Muş və Hakkari şəhərlərində kəskin şaxtalı hava, şiddətli qar yağması və yolların, kommunikasiya xətlərinin buz bağlaması gözlənilir.

Sürətli külək əsməsi və ekstremal hava şəraiti ilə bağlı insanların ehtiyatlı olması və lazımi tədbirlər alması tövsiyə olunub.