Ermənistanda son sutka ərzində daha 356 nəfər koronavirusa (COVID-19) yoluxub.

Unikal.org  xəbər verir ki, bununla Ermənistanda virusa yoluxanların sayı 135 124-ə yüksəlib.

Son bir gündə Ermənistanda koronavirusdan daha 22 nəfər ölüb, pandemiya qurbanlarının ümumi sayı 2164-ə çatıb. Koronavirusa yoluxmuş, lakin başqa səbəbdən ölənlərin sayı 503 nəfərdir.

Hazırda Ermənistanda 24 724 aktiv koronavirus xəstəsi var.