Avstriyanın müdafiə naziri Klaudia Tanner COVID-19 virusuna yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, xanım nazirin koronavirus testinin nəticəsinin pozitiv çıxması barədə nazirliyin mətbuat xidmətindən məlumat veriblər.

Mənbənin sözlərinə görə, K.Tanner hazırda özünü yaxşı hiss edir və xidməti vəzifəsini evdən yerinə yetirir.