ABŞ-ın hazırki Prezidenti Donald Tramp bəyan edib ki, ölkənin Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosunun əməkdaşlarının seçkidəki saxtakarlıq faktlarında əli ola bilər.

Unikal.org xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

"FTB ilə Ədliyyə Nazirliyi nə iş görürdü? Bilmirəm, bəlkə onların da əli var. Seçki saxtalaşdırıldı, amma KİV bu barədə yazmaq istəmir", - deyə Tramp şikayətlənib.

Onun sözlərinə görə, adını çəkdiyi qurumlar seçkidə pozuntuların olmasına baxmayaraq, heç bir addım atmayıblar.

"Respublikaçılar partiyasının üzvləri saxtakarlıqlar barədə kifayət qədər məlumat toplayıb, ancaq hakimlər həmin məlumatların üzə çıxarılması üçün onlara imkan yaratmırlar", - deyə Tramp qeyd edib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Amerika KİV-ləri demokratların namizədi Co Baydenin qələbəsini elan edib. Bununla belə, hazırkı Prezident Donald Tramp öz qələbəsini məhkəmədə müdafiə etmək niyyətindədir.