Nigeriyanın şimal-şərqində “Boko Haram” terror qruplaşmasının üzvləri fermerlərə hücum edib. Hadisə nəticəsində 70 fermer öldürülüb.

Unikal.org xəbər verir ki, bu barədə “France-Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, terrorçular mülki insanları düyü sahəsində işləyərkən qətlə yetiriblər.