Hacıqabulda 28 yaşlı kişi özünü asaraq intihar edib.

Unikal.org xəbər verir ki, Hacıqabul sakini, 1992-ci il təvəllüdlü Bayramzadə Nemət Şöhrət oğlu özünü nənəsinin yaşadığı fərdi yaşayış evinin həyətindəki çardaqdan asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil.

Qeyd edək ki, N.Bayramzadənin üç yaşında qızı var.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(apa)