Rumıniyanın “News24hours” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcər rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciəti ilə bağlı informasiya yayıb.

Unikal.org xəbər verir ki, yazıda Kəlbəcər rayonunun erməni işğalçıları tərəfindən zəbt edilməsinin tarixindən danışılır, Azərbaycanın güclü ordusunun nümayiş etdirdiyi şücaət və peşəkarlıq sayəsində torpaqlarımızın işğaldan azad olunduğu bildirilir. Həmçinin məkrli düşmənin bu ərazilərdə törətdiyi vandalizm aktları, o cümlədən mədəni abidələrin dağıdıldığı, sərvətlərin mənimsənildiyi oxucuların diqqətinə çatdırılır.

Bildirilir ki, Azərbaycan dağılmış bütün infrastrukturu bərpa edərək, rayonu bölgənin turizm və kənd təsərrüfatı mərkəzinə çevirmək niyyətindədir.