Qırğızıstanda rus dilinin rəsmi statusu yeni konstitusiya islahatları çərçivəsində ləğv oluna bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yeni konstitusiyanı hazırlamağa məsul olan komissiyanın üzvü olan Sadirdin Toraliyev yeni layihədə rus dilinin rəsmi dövlət dili statusunun ləğv edilməsini təklif edib.

O bildirib ki, qırğız dilinin gələcəyi təhlükədədir. Gənclər arasında bu dilin öyrənilməsini təşviq etmək üçün dilin inkişafı və Qırğızıstanda qırğız dili ilə bərabər statusa malik rus dilinin dövlət dili olmasının ləğvi vacibdir.

Qeyd edək ki, postsovet məkanında Qazaxıstan, Qırğızıstan və Belarus müstəqillikdən sonra rus dilinin də rəsmi dövlət dili statusunu saxlayıblar. Nəticədə bu ölkələrdə yeni nəsil arasında yerli dillər qeyri-populyar dil olmağa başlayıb.