İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç argentinalı Dieqo Maradonanın ölümü ilə bağlı fikirlərini bildirib.

Unikal.org xəbər verir ki, isveçli superulduz instaqram səhifəsindən paylaşımı zamanı 60 yaşında vəfat edən Maradonanın ürəklərdə yaşayacağını yazıb.

Dieqo ilə şəklini paylaşan 39 yaşlı forvard bu ifadələrə yer verib: “Maradona ölməyib, ölməzdir. Tanrı dünyaya bütün zamanların ən istedadlı futbolçusunu verdi. Əbədi yaşayacaq".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib.