Bir neçə gün əvvəl itkin düşən Şirvan sakini, 1968-ci il təvəllüdlü Həsənov İlyas İsa oğlunun meyiti tapılıb.

Unikal.org-un məlumatına görə, çöllük ərazidə heyvan otaran çoban qamışlıqda meyit olduğu barədə polisə məlumat verib. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.