Neftçala rayonunda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a bildirilib ki, zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 40 km olub.

 Zəlzələ hiss olunmayıb.