Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin aprel ayında koronavirusa qarşı ilk Türkiyə istehsalı vaksinlərin hazır olacağını bildirib.

Unikal.org "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan bunu hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında söyləyib.

"Öz vaksinlərimizdə önəmli mərhələyə gəlmişik. Aprel ayında tətbiqini planlaşdırırıq", - deyə Türkiyə prezidenti vurğulayıb.