Ermənistanda müxalif Daşnaksütun Partiyası baş nazir Nikol Paşinyanın istefası tələbi ilə bəyanat yayıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bəyanatda Paşinyanın 10 noyabrda Qarabağla bağlı imzalanmış üçtərəfli sənədə qol çəkdiyinə görə istefa verməli olduğu vurğulanıb.

Bəyanatda diasporun Paşinyan hakimiyyətindən xüsusi narazılığı barədə də fikirlər qeyd olunub.