Gürcüstanda son sutka ərzində 3 071 nəfər koronavirusa yoluxub.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bununla da yoluxmaların ümumi sayı 114 889 nəfərə yüksəlib.

Son sutka ərzində COVID-19-dan vəfat edənlərin sayı isə 34 nəfər olub. Gürcüstanda koronavirusdan ümumi ölüm sayı 1 085 nəfər təşkil edib.