Xaçmaz rayonunda yanğın baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayonunda ümumi sahəsi 1200 kvadrat metr olan bir dam altında tikilən birmərtəbəli evlərdən sahəsi 136 kvadrat metr olan evin dam örtüyünün yanar konstruksiyaları 40 kvadrat metr sahədə və bir otağının tavanı 6 kvadrat metr sahədə, sahəsi 170 kvadrat metr olan evin dam örtüyünün yanar konstruksiyaları 40 kvadrat metr sahədə yanıb.

Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.