Braziliyalı futbolçu Dani Alvesin həyat yoldaşı Joana Sanz, şəxsi həyatı ilə bağlı verdiyi açıqlamalarla gündəmə gəlib.

Unikal.org xəbər verir ki, "instaqram"da  izləyicilərinin suallarını cavablandıran Sanz 37 yaşlı Alvesin ən çox sevdiyi xüsusiyyətlərini sadalayarkən həyat yoldaşına olan sevgisini nümayiş etdirməyi də unutmayıb:

"Ən diqqətimi çəkən özəlliyi sevincidir.

Sahib olduğu xoşbəxtliyi, bu xoşbəxtliyi insanlara necə çatdırdığını və insanlarla paylaşdığı yaxşı enerjini sevirəm.

İzləyicilərdən birinin "Futbol meydançasına nisbətən Dani yataqda necədir" sualına  Sanz  "çempion kimi" cavabını verib.