Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Unikal.org-a verilən məlumata görə, bu səbəbdən də əksər istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

Heydər Əliyev prospekti - köməkçi yolda Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq şəhər istiqamətində Heydər Əliyev Mərkəzinədək.

A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində.

Koroğlu Rəhimov küçəsi - Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində.

Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində.

Z.Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində Atatürk prospekti ilə kəsişməyədək.

Afiyəddin Cəlilov küçəsi - sıxlıq

Babək prospekti - Yusif Səfərov prospekti istiqamətində.