Cozef Bayden ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinə Linda Tomas Qrinfildi rəhbər təyin etmək istəyir.

Unikal.org  xəbər verir ki, bu məlumatı “CBS Nyus” öz mənbələrinə istinadən yayıb.

Qeyd edək ki, qaradərili Linda Tomas Qrinfild ABŞ diplomatıdır. O, ABŞ Dövlət katibinin Afrika işləri üzrə köməkçisi olub.