"Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil Avropada və dünyada İslam dini əleyhinə düşüncələrin böyüməsindən narahatlığını bildirib.

Unikal.org xəbər verir ki, öz Tvitter səhifəsində bu barədə yazan türk əsilli futbolçu bu məsələdə medianı günahlandırıb:

"Təəssüf ki, Avropada və dünyanın digər yerlərində islamofobiya və antiislamizm artmaqdadır. Bunda medianın böyük rolu var.

Bununla bağı şəxsi cavabım odur ki, məsələni şiddətləndirməmək, əksinə xeyirxahlıqla o düşüncədə olanları tərksilah edib susdurmalıyıq".