Ermənistanın eks-prezidenti Serj Sarkisyanın həyat yoldaşı ölüb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, 58 yaşlı Rita Sarkisyan Almaniyada koronavirusdan müalicə aldığı xəstəxanada keçinib.

Qeyd edək ki, bir müddət öncə səhhətində problemlər yaranan R.Sarkisyan Ermənistan paytaxtındakı "Nairi" tibb mərkəzinə yerləşdirilmişdi. 1962-ci ildə Xankəndidə doğulan Rita Sarkisyan iki gün öncə Almaniyaya aparılmışdı.