UNEC-in təşkilatçılığı ilə "Müharibədən sonra Qarabağ iqtisadiyyatı: Regional İnnovasiya-Texnologiya Mərkəzin və dəyər zəncirinin mühüm həlqəsi kimi" mövzusunda video-müzakirə keçirilib.

Unikal.org xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edib. Komitə sədrinin çıxışında əsas məqamlar:

- Qarabağda dövlət və özəl sektor xidmətləri rəqəmsal platformalar üzərindən edilə bilər

- Online Qarabağ Universiteti yaradıla bilər. Bakalavr təhsili online, magistr təhsili isə Şuşada offline edilə bilər

- Bu universitetdə hər kəs, o cumlədən erməni əsilli Azərbaycan vətəndaşları da oxuya bilər. Online olması ilkin mərhələdə bu imkanı onlara yaradacaq

- Bu universitetin ətrafında Regional İnnovasiya Mərkəzi formalaşdırıla bilər

- PUA istehsal edən zavodumuz Bakıdan Şuşaya köçürülə bilər. Bu zavod öz ətrafında innovativ gəncləri və fikirləri cəmləyə bilər

- İnnovasiyaların inkişafı üçün bu məhsullara dövlət sifarişləri verilə bilər

- Mehridən Naxçıvana yolun açılması Qarabağ innovasiya mərkəzinin bütün regiona çıxmasına imkan yaradacaq.

- Şuşa şəhəri bütün türk dünyası üçün müqəddəs yerdir artıq. Bu rəmzi iqtisadi potensiala çevirmək olar.

- Qarabağda ənənəvi iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı üçün hər cür resurs var. Əlavə olaraq müasir texnologiyaların geniş tətbiqi bütün ölkə iqtisadiyyatına mühüm təkan verə bilər.