Müharibənin dördüncü günündə Təhlükəsizlik Şurasının iclasında Baş nazir Nikol Paşinyana döyüşlərin növbəti iki-üç gün ərzində dayandırılmasını təklif etmişdim.

Unikal.org erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan deyib.

O bildirib ki, bu fikirləri baş nazirlə tez-tez baş verən danışıqları zamanı səsləndirib:

“Mən dəfələrlə demişdim ki, bu cür intensivliklə Ermənistanın döyüş resursları tükənəcəkdi və hər keçən gün Ermənistanın danışıqlarıdakı mövqeyi daha da əlverişsiz olacaqdı. Müəyyən məqamdan sonra müharibəni dayandırmaq cəhdləri qəbul olunmurdu və biz döyüş əməliyyatlarını davam etdirməyə məcbur qalırdıq”.

Baş qərargah rəisi qeyd edib ki, Ermənistan üçün ağır olan atəşin dayandırıması barədə razılaşmanın imzalanması qərarı ətraflı analiz nəticəsində qəbul olundu və Ermənistan pis qərarla faciəvi qərar arasında seçim etməli oldu.