“France-Presse” agentliyi (AFP) Dağlıq Qarabağ barədə reportajında maraqlı faktlar aşkarlayıb.

Unika.org-un məlumatına görə, agentliyin təqdim etdiyi reportajda erməni hərbçilərinin boş qalmış dəbilqələri ilə bağlı foto diqqətçəkən əsas məqamdır. Məqalədə agentliyin təqdim etdiyi şəkillərdən birində erməni hərbçilərinin yüzlərlə boş qalmış dəbilqələri əks olunub.

Şəkil Ermənistan ordusunun saysız-hesabsız itki verməsini açıq-aşkar göstərir. Azərbaycan silahlı qüvvələrinin məhv etdiyi yüzlərlə erməni hərbçilərinin dəbilqələri səngərlərdə qalaqlanıb.