Abşeron rayonunun Mehdiabad qəsəbə sakini S.İsgəndərov Digah qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilinin qaçırıldığı barədə Rayon Polis İdarəsinə müraciət etmişdir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşları tərəfindən avtomobil saxlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ə.Əlizadə avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.