Prezident İlham Əliyev Berna Yılmaza başsağlığı verib.

Unikal.org xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli xanım Yılmaz.

Həyat yoldaşınız – qardaş Türkiyə Respublikasının dövlət xadimi və siyasi xadim Məsud Yılmazın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, əzizlərinizə və yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".