Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 72  nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir bildirib ki, son 24 saatda 134 416 şübhəli koronavirus testindən keçib, onlardan 2319-nun cavabı pozitiv çıxıb, 1581 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1916 nəfər olub.

Qeyd edək ki, Türkiyədə ümumilikdə 370 832 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 099 nəfər ölüb.