“Bir aydan çox müddətdir ki, Azərbaycanın rəşadətli ordusu zəfər yürüşünü davam edir və düşmənə sarsıdıcı zərbələr endirir. Bütün cəbhə boyu düşmən geri çəkilməyə məcbur olub, döyüş meydanından qaçır”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. O bilidirib ki, Ermənistan döyüş meydanında məğlub olduğunu açıq şəkildə görərək qisasını dinc mülki əhalidən çıxmağa çalışır: “İlk humanitar atəşkəs elan olunduqdan sonra Gəncə şəhərinə, oktyabrın 17-də humanitar atəşkəs elan olunduqda yenə də Gəncə şəhərinə ballistik raketlər ataraq müharibə cinayəti törətdilər. Sonuncu dəfə Vaşinqtonun təşəbbüsü ilə əldə olunmuş humanitar atəşkəs elan olunduqdan sonra Bərdə şəhərində növbəti cinayətə imza atdılar. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi heç bir danışığa, heç bir razılığa, beynəlxalq hüquqa əməl etmək fikrində deyil. Əksinə, Ermənistan vandallığını, vəhşiliyini cinayətkar üsullarla davam etdirir. Mülki əhalini hədəfə alaraq qətlə yetirməsi, Ermənistanın həm döyüş meydanında, həm diplomatiyada ağır məğlubiyyətini sübut edir”.

Millət vəkili onu da qeyd edib ki, son hadisələr ermənilərin Xocalı soyqırımından sonra ikinci soyqırıma davam etdiklərinin bir daha nümayiş etdirir: “Bütün bunlar beynəlxalq təşkilatlar tərəfindən birmənalı olaraq, pislənməlidir. Bu vandallığı, vəhşiliyi, terror aktları törətdiyinə görə Ermənistana sanksiyalar tətbiq edilməlidir”.

Murad İbrahimli