Erməni işğalından azad olunan Füzuli və Cəbrayıl şəhərlərinin baş planı hazırlanır.

Unikal.org xəbər verir ki, bunu AZTV-yə açıqlamasında Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə bildirib:

"Füzuli və Cəbrayıl şəhərlərinin baş planı üzrə iş başlayacaq. Biz Memarlar İttifaqı olaraq azad olunmuş ərazilərdəki qəsəbə və kəndlərimizin yenidən qurulması planının müsabiqəsini elan etmişik. Çalışırıq bu işlərə gənc memarları daha çox cəlb edək. Çünki ölkənin gələcəyi onlardır. Bərpa olunacaq ərazilərdə onlar yaşayacaqlar. Bu addımlar artıq atılıb."