Çeçenistanda yeni doğulmuş körpəsinə Məhəmməd Peyğəmbərin və onun ailə üzvlərinin adını verənlərə 100 min rubl (təxminən 2200 AZN) pul mükafatı veriləcək. 

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki,mükafat Çeçenistanın birinci prezidenti Axmat Kadırov adına yaradılmış fond ödəyəcək.

Bildirilib ki, mükafat oktyabrın 29-u gecə övladı doğulacaq şəxslərə şamil olunacaq.