Azərbaycanın Bərdə şəhərinin Ermənistan tərəfindən raket atəşinə tutulması və nəticədə mülki insanların həlak olması beynəlxalq qanunlara zidd olmaqla yanaşı, həm də hərbi cinayətdir.

Unikal.org xəbər verir ki, bu sözləri İran Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Abbas Əraqçı Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rəsmi Tehran bu hadisəni şiddətlə qınayır və belə hallara son qoyulmasını tələb edir. A.Əraqçı Azərbaycan dövlətinə və xalqına başsağlığı verib.