Kiçik çavuş Rahib Həşimov torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə verilən döyüş tapşırığının öhdəsindən layiqincə gələrək şücaət göstərib.

Unikal.org Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, o, düşmənin bir neçə artilleriya qurğusunu məhv edib.