Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 872 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 30 303  nəfərə, ölənlərin sayı 215 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3 769  nəfər karantində saxlanılır. Virusa yoluxanlardan 11 370 nəfərin sağaldığı bildirilir.