Müdafiə Nazirliyi cəbhədən daha bir video yayıb.

Unikal.org xəbər verir ki, videoda orduya xidmət etməsi ilə qürur duyan leytenant Atayev Şamxal Cəlil oğlunun qısa çıxışı təqdim edilib:

“Mən fəxr edirəm ki, torpaqlarımızın azad edilməsində  iştirak edirəm. Bölməmin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir.

Bölməmiz tərəfindən düşmənin zirehli texnikaları, canlı qüvvəsi və uzunmüddətli mühəndis tikililəri məhv edilmişdir. Ali Baş Komandanın dediyi kimi, Qarabağ Azərbaycandır!”