“Növbəti bir neçə ay çox çətin olacaq”.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus Cenevrədəki brinfinqdə koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh edərkən deyib.

“Biz COVID-19 pandemiyasının kritik vacib kəsişməsindəyik, xüsusilə şimal yarımkürəsində. Növbəti bir neçə ay çox çətin olacaq və bəzi ölkələr təhlükəli trayektoriyadadır”, - deyə ÜST rəhbəri xəbərdarlıq edib.

O, dünya ölkələrinin liderlərini ölüm hallarının artması, səhiyyə sistemlərinin çökməsi və məktəblərin bağlanmasının qarşısının alınması istiqamətində dərhal addımlar atmağa çağırıb.