ABŞ Bolqarıstana ikinci əl iki F-16 təyyarəsi bağışlayacaq.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın Sofiyadakı səfirliyi açıqlaqma verib. Məlumata görə, bu qərar ABŞ-ın Xarici işlər nazirinin köməkçisi Klark Kuperin Bolqarıstanda hərbi bazaları ziyarət etməsindən sonra verilib.

Qeyd edək ki, sözügedən təyyarələrin istifadəsinə ehtiyac olmadığı üçün Bolqarıstana veriləcəyi vurğulanıb.