ABŞ Prezidenti Donald Trampın rəsmi "Twitter" hesabının şifrəsi açıqlanıb.

Unikal.org xəbər verir ki, hollandiyalı haker Viktor Qevers 5-ci cəhddə Trampın hesabı üçün şifrəni tapdığını və hesaba daxil olduğunu bildirib.   

Bu barədə Hollandiya mediasına danışan Qevers, Trampın "Amerikanı Yenidən Mükəmməl Et" seçki şüarının baş hərflərindən istifadə etdiyini və hesaba "maga2020!" yazaraq daxil olduğunu açıqlayıb. Niderlandlı səhifəyə giriş əldə etdikdən sonra D.Trampı və ABŞ Təhlükəsizlik Xidmətini bu barədə məlumatlandırıb. Bundan sonra ABŞ-ın Təhlükəsizlik Xidmətinin əməkdaşları V.Qeverslə əlaqə yaradıblar və ətraflı məlumat istəyiblər.

Hakerin sözlərinə görə, "Hesaba girəndə "Aman Tanrım!" dedim. O anda giriş etmək istəmədim, xüsusən belə vacib bir şəxsin hesabına" - deyə Qevers bildirib.  

Qeyd olunur ki, haker ABŞ prezidentinin şəxsi məktublarını oxumaq, onun adından qeydlər yazmaq və hesab məlumatlarını dəyişmək imkanı əldə edib.