“Dağlıq Qarabağdakı nizamlanmaya üçüncü ölkələrin cəlb olunması yalnız münaqişə tərəflərinin hər ikisinin razılığı ilə mümkündür”.

Unikal.org xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Üçüncü ölkələrin mövcud həll formatında iştirakı tamamilə münaqişə tərəflərinin siyasi iradəsindən asılıdır. Bu tərəflər iki ölkədir - Azərbaycan və Ermənistan. Münaqişənin nizamlanmasında iştirak etmək, bir növ vasitəçi olmaq və ya formatlarda iştirak etmək ancaq iki tərəfin razılığı ilə mümkündür”, - deyə Kremlin sözçüsü Türkiyənin Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasına cəlb olunmasının mümkünlüyü ilə bağlı suala cavabında bildirib.