Ermənistanda daha 2 297 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 70 836-a yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 1 131-ə çatıb. İndiyədək 49 787 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 19 591 aktiv koronavirus xəstəsi var.