Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Unikal.org xəbər verir ki, qanun layihəsi müzakirələrdən sonra parlamentin komitə iclasına tövsiyə edilib.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

***10:38

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçiriləcək.

Unikal.org xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanun layihəsinə baxılacaq.

Məsələ ilə bağlı deputatlar öz fikirlərini bildirəcəklər.