Katoliklərin dini lideri Papa Fransisk Dağlıq Qarabağ üçün dua edib. 

Unikal.org xəbər verir ki, dini məclis Roma bazilikasında təşkil olunub.  Mərasimdə Papa Fransisk və yunan patriarxı Bartholomeos epidemiya və Dağlıq Qarabağ da daxil olmaqla davam edən müharibələr üçün dua ediblər.

Daha əvvəl heç bir dini mərasimdə maskadan istifadə etmədiyi üçün tənqid olunan Papa bu dəfə tibbi maskadan istifadə edib. 

Qeyd edək ki, bundan əvvəl Papa Fransiskin 4 cangüdənində COVİD-19 aşkarlanmışdı.