“Əvvəlcə onu deyim ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə xalqının Azərbaycan xalqına salamını gətirmişəm”.

Unikal.org xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə parlamentinin üzvlərinin hər biri bugünkü iclasda iştirak etmək istəyir:

“İnşallah biz belə bir iclası birlikdə Qarabağda keçirək”.

****

11:02

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Unikal.org xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 5 məsələ daxil edilib.

İclasda əvvəlcə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun çıxış edəcək.

Daha sonra isə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi üçüncü oxunuşda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa dəyişiklik layihəsi ikinci oxunuşda, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik layihəsi isə birinci oxunuşda müzakirəyə çıxarılacaq.