ABŞ prezidenti Donald Tramp “Regeneron” şirkətinin koronavirusa qarşı yeni antitel kokteylini içəndə özünü supermen kimi hiss elədiyini bildirib.

Unikal.org xəbər verir ki, belə bir bəyanatı o, Arizona ştatında seçicilərin qarşısında çıxışı zamanı edib.

“Hələ 6 ay əvvəl heç kimin eşitmədiyi “Regeneron” dərmanını içdim. Səhəri gün yuxudan oyananda özümü supermen kimi hiss elədim”, - deyə Tramp bildirib.

ABŞ lideri qeyd edib ki, epidemiya peyvəndsiz də “öz-özünə” gedəcək və bu, yaxın zamanda baş verəcək.