“Fact Chek Karabakh” səhifəsi növbəti erməni yalanını üzə çıxarıb.

Unikal.org xəbər verir ki, “Twitter”də Türkiyə Millisinin keçmiş oyunçusu Umut Bulutun adına açılıb və rəsmi səhifəsi kimi təqdim olunan profildə tamamilə SAXTA bir post paylaşılıb. Bununla yanaşı, “rəsmi” səhifədə heç oyunçunun hazırkı komandası belə düzgün qeyd olunmayıb. Hazırda Yeni Malatyaspor komandasında çıxış edən Umut Bulut, niyəsə öz “rəsmi” səhifəsində keçmiş klubu Qalatasarayı hazırkı komandası kimi qeyd edib.