Pakistan Baş Naziri İmran Xan Azərbaycanı 18 Oktyabr- Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, o, öz tvitter hesabında Azərbaycan Prezidentinin səhifəsini işarələyərək bunları qeyd edib:

“Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Biz ərazi bütövlüyünü mərdliklə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə hörmət edirik. Pakistan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq nizamlanmasında Azərbaycanla həmrəydir”.