Çox sayda yaxın dostlarımın yaşadığı Gəncə şəhərinin mərkəzində yaşayış məhəlləsinin raket atəşinə tutulması, dinc insanların ölümü və yaralanması xəbərinə hədsiz kədərləndim. Mülki əhalinin hədəfə alınmasını pisləyirəm.

Unikal.org xəbər verir ki, bu sözlər Fransa Milli Assambleyasının deputatı Andre Vilyenin Gəncə şəhərinin meri Niyazi Bayramova ünvanlandığı başsağlığı məktubunda yazılıb.

Qədim Gəncə şəhəri ilə bağlı xoş xatirələrinin olduğunu vurğulayan fransız deputat yazıb: “Bu kədərli anda sizə və Gəncədə raket hücumu nəticəsində həlak olan insanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirəm. Yaralılara isə tez sağalmalarını arzulayıram. Bu fürsətdən istifadə edib, Gəncə şəhərinin bütün sakinlərinə onların səmimi dostu olduğumu bir daha çatdırıram”.