İranda koronavirusdan ölənlərin sayı 30000-i ötüb.

Unikal.org-un xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində koronavirusdan 253 nəfər vəfat edib, bununla da ölkədə bu günədək virusa yoluxaraq ölənlərin sayı 30123 nəfərə çatıb.

Son 24 saat ərzində  4103 yeni yoluxma qeydə alınıb ki bununla da İranda indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 526490 nəfərə yüksəlib. Onlardan 423921 nəfər sağalıb, hazırda virus daşıyıcısı olanlardan 4721 nəfərin vəziyyəıti ağır və ya orta ağırdır.