“Şəhərləri raket atəşinə tutmaq nəyə lazımdır? Burada hərbi baxımdan heç bir hərbi məqsədəuyğunluluq yoxdur”.

Unikal.org xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko Ermənistan ordusunun Gəncə şəhərini raketlə atəşə tutmasına münasibət bildirirərkən deyib.

Hərbi ekspert fikirlərini teleqram kanalında qeyd edib: “Ermənistan çox təhlükəli oyun oynayır. Əmri kim verdi? Paşinyan? Amma, o, çox çaşqın görünür... Tonoyan?".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutub. İlkin məlumata görə, düşmənin hücumu nəticəsində, 12 nəfər həlak olub, 40-dan çox mülki şəxs yaralanıb.