ABŞ Dağlıq Qarabağ münaqişə zonasında davam edən zorakılığı qətiyyətlə pisləyir.

Unikal.org xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Kortni Avstrian deyib.

"Biz həlak olanların yaxınlarına başsağlığımızı veririk, yaralılara tezliklə sağalmasını arzu edirik. ABŞ Dağlıq Qarabağ münaqişə zonasında davam edən zorakılığı, o cümlədən mülki əhaliyə zərbələri qətiyyətlə pisləyir", - deyə o bildirib.